Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2023 10:40
Müğənni Mehin Hümbətova açıq geyimləri tənqid edənlərə cavab verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, yeni fotosessiyasını izləyiciləri ilə bölüşən ifaçı paylaşımına bunları qeyd edib:
"Sənətin varsa, təqdim edəcəyin hər şey estetik görünür. Son zamanlar şou-biznes gündəmindən düşməyən əxlaq mövzularına fikir bildirmək istəyirəm: Əxlaq geyimimizin metrəsiylə deyil, düşüncələrimiz, niyyətimiz, ətrafa münasibətimiz və davranışımızla ölçülür. Geyim mövzusunu önə çəkib, özümüzə xal qazanmayaq".