Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu kənddə su var, amma... - VİDEO

Bu kənddə su var, amma... - VİDEO

Tarix: 5 May 2023 16:04

Başqa kəndlərdə sahələr susuzluqdan yanır. Bu kənddə isə su var, amma kanallar təmizlənmədiyindən su təchizatında problemlər yaşanır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Neftçala rayonu Mirzə Qurbanlı kəndindən gedir. Təsərrüfat sahibləri deyir ki, kanallar lildən və alaqdan təmizlənmədiyindən ümumi axın ləngiyir, su normal sürətlə axmır. Nəticədə qrunt suyu kimi sahələrə dolur.

Fermerlər deyirlər ki, hər il eyni vəziyyət hökm sürür. Dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticə yoxdur.

Məsələ ilə bağlı Salyan Suvarma Sistemləri İdarəsindən bildirilib ki, fermerlərin müraciətləri nəzərə alınacaq və su kanalları təmizlənəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bu kənddə su var amma VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ