Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2023 23:24
Dietoloqlar arıqlamağınızın qarşısını alan qidaların adını açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, səhər yeməyində həmin qidaları istehlak insanlar arıqlamaqda çətinlik çəkirlər.
Səhər yeməyində tərkibində çoxlu kalori, şəkər və təmizlənmiş karbohidrat olan qidalar arıqlamağın qarşısını alır. Çünki bu cür qidalar yüksək qan şəkərinə və iltihaba səbəb ola bilər.
Səhər yeməyində xüsusilə çörək, şirniyyat və digər un məmulatlarından hazırlanan qidaların istehlak edilməsi orqanizmin sağlamlığı üçün təhlükəli ola bilər.
Əsasən uzun müddət toxluq hissini saxlayan, tərkibi taxılla zəngin olan qidaların istehlakı daha məsləhətlidir.