Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırıcı təyyarə yaşayış binasına çırpıldı - FOTO

Qırıcı təyyarə yaşayış binasına çırpıldı - FOTO

Tarix: 8 May 2023 17:12

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "NDTV" telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Hadisə Racastan ştatının Suratqarh şəhəri yaxınlığında baş verib.

Qırıcının kənd evinin üzərinə düşdüyü, fəlakət nəticəsində ən azı 3 nəfərin öldüyü bildirilir.

Pilot yüngül xəsarət alaraq təhlükəsiz şəkildə katapult edib. Qəzanın səbəblərini öyrənmək üçün yoxlama başladılıb. (publika)


Etiketlər:  Qırıcı təyyarə yaşayış binasına çırpıldı FOTO


RƏYLƏR