Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstiqlala bomba atan terrorçu məhkəmə qarşısında: Özü haqqında bunları dedi...

İstiqlala bomba atan terrorçu məhkəmə qarşısında: Özü haqqında bunları dedi...

Tarix: 10 May 2023 15:26

Türkiyədə törədilən terror aktı ilə bağlı məhkəmə prosesi başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, istiqlal küçəsinə bombanı atan Əhlam Əlbəşir də daxil olmaqla 36 nəfərin ittiham olunduğu ilk proses İstanbul 13-cü Ağır Cəza Məhkəməsi tərəfindən Mərmərə həbsxanasının qarşısındakı məhkəmə zalında keçirilib. Saat 11.30 radələrində başlayan iclasda zalda Əhlam Əlbəşir və 15 müttəhim iştirak edib. 12 müttəhim isə məhkəməyə saxlanıldıqları həbsxanadan audio və video informasiya sistemi vasitəsilə qoşulub. Məhkəmə zalında tərəflərin vəkilləri də olub.

Əhlam Əlbəşir məhkəməyə qara çadrada gəlib.

Əhlam Əlbəşir özünü boşanmış kimi təqdim edib və heç vaxt məktəbə getmədiyini deyib. Əhlam Əlbəşir oxumağı bildiyini, lakin yazmağı bilmədiyini bildirib.

Qeyd edək ki, proses iyulun 17-də davam edəcək.

Milli.Az


Etiketlər:  İstiqlala bomba atan terrorçu məhkəmə qarşısında Özü haqqında bunları dedi


RƏYLƏR