Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi PSJ ilə gizli razılığa gəlib

Messi PSJ ilə gizli razılığa gəlib

Tarix: 11 May 2023 22:42

Argentina millisinin kapitanı Lionel Messi hazırda çıxış etdiyi Fransa PSJ-si ilə gizli razılığa gəlib.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu anlaşma 36 yaşlı hücumçunun yenidən məşqlərə buraxılması ilə bağlıdır.

Təcrübəli hücumçu klubun düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollandıqdan sonra əsas komandadan kənarlaşdırılıb. Forvardın cari mövsümün sonunadək meydana çıxa bilməyəcəyindən ehtiyatlanan nümayəndələri dərhal klub rəhbərliyi ilə əlaqə saxlayaraq, onun bağışlanmasını xahiş ediblər.

Dünya çempionu üzr istəyərək komandaya qayıtsa da, müqavilədə Messinin rəsmi oyunlarda iştirakı ilə bağlı heç nə qeyd olunmayıb.


Etiketlər:  Messi ilə gizli razılığa gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ