Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçikada azərbaycanlı itkin düşdü - FOTO

Belçikada azərbaycanlı itkin düşdü - FOTO

Tarix: 13 May 2023 23:52

Belçikada yaşayan azərbaycanlı itkin düşüb.

Sonxeber.net apa-ya istinadla verir ki, 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu Brüssel şəhərində yaşayıb. O, sonuncu dəfə 5 gün əvvəl-mayın 8-də şəhər kənarında yerləşən klinika ərazisində görülüb.

İtkin şəxsin bacısı Sevil Abbasova bildirib ki, qardaşı bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alıb, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkir.

Nizami Məmmədovun itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə və polisə məlumat verilib.


Etiketlər:  Belçikada azərbaycanlı itkin düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ