Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 08:54
Londonun (İngiltərə) "Gatwick" hava limanının işi aeroportun yaxınlığında şübhəli pilotsuz uçuş aparatının aşkarlanmasından sonra dayandırılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ilkin məlumata görə, 10-dan çox reys təxirə salınıb. Həmçinin 12 təyyarə başqa hava limanlarına yönləndirilib. Aeroportda iş təxminən 50 dəqiqə dayandırılıb. Son məlumatlara görə, artıq araşdırmalar yekunlaşıb, hava limanı yenidən açılıb.
Lakin sərnişinlərə kompensasiya ödənilməyib.