Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 11:48
Yaponiya beş ildən sonra nüvə dövlətinə çevrilə bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer çıxış edib.
"Onların (yaponların - red.) hara getməsi ilə bağlı aydın fikir var: Yaponiya beş ildən sonra nüvə dövləti olmağa doğru irəliləyir".
O qeyd edib ki, ki, Yaponiya həmişə ABŞ-la yaxın olmaq istəyir, lakin Vaşinqton üçün əlverişli olmayan sövdələşmələr bağlaya biləcəyi də istisna deyil:
"Mən düşünmürəm ki, Yaponiya onu məhdudlaşdıracaq qlobal çoxtərəfli sistemin daimi üzvü olmaq niyyətindədir".