Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Parlament dava düşdü - Rusiyaya görə

Parlament dava düşdü - Rusiyaya görə

Tarix: 19 May 2023 21:54

Gürcüstan parlamentinin müxalifətdəki "Aqmaşenebeli strategiyası" partiyasından olan Giorgi Vaşadze və "Xalqın gücü" qrupundan olan İrakli Beraya plenar iclasda əlbəyaxa dava ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, davanın görüntülərini Gürcüstanın "TV Pirveli" telekanalı canlı yayımlayıb.

Belə ki, Giorgi Vaşadze tribunada çıxışı zamanı hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və onları Rusiya hakimiyyəti ilə dostluq etməkdə ittihamlandırıb.

Deputat çıxışını bitirib yerində əyləşərkən "Xalqın Gücü" qrupundan olan deputat Daçi Beraya ilə aralarında mübahisə baş verib.

Deputatları parlamentin məhkəmə icraçıları ayırıb.

Milli.Az


Etiketlər:  Parlament dava düşdü Rusiyaya görə


RƏYLƏR