Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mobil operatorların gəlirləri artıb

Mobil operatorların gəlirləri artıb

Tarix: 19 May 2023 22:36

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, 2023- cü ilin yanvar-aprel aylarında İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 920,8 milyon manat təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyərində real ifadədə 12,1 faiz artım qeydə alınıb.

Göstərilmiş xidmətlərin 77,0 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 38,5 faizi və ya 354,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Milli.Az


Etiketlər:  Mobil operatorların gəlirləri artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ