Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Obalıya sui-qəsd cəhdi: kimsə bizi susdura bilməz - İldırım

Obalıya sui-qəsd cəhdi: kimsə bizi susdura bilməz - İldırım

Tarix: 22 May 2023 08:36

Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım Günaz TV-nin rəhbəri Əhməd Obalı və onun oğlunun Amerikada vəhşicəsinə döyülməsini terror aktı olaraq qiymətləndirib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bununla bağlı partiya sədri İnstaqram səhifəsində paylaşım edib.

"Biz hər şeydən əvvəl bunu terror əməli kimi qəbul edirik və qınayırıq. Bu məsələdə mütləq İran faşistlərinin, mərkəzçilərinin, türk düşmənlərinin barmağı var. Dərhal Amerika dövləti tərəfindən məsələnin araşdırılmasını, günahkarların tapılıb, cəzalanmasını tələb edirik. Əhməd bəyə və oğluna şəfa diləyirik. Bildirmək istəyirik ki, bu məsələdə susmaq yox, geri durmaq yox, bütün gücümüzlə bir yumruq olaraq "Qızıl alma"ya doğru, istiqlala tam gücümüzlə davam edəcəyik. Bu davada hər bir şeyə hazırıq. Kimsə terrorla bizi susdura bilməyəcək", - deyə o bildirib.


Etiketlər:  Obalıya qəsd cəhdi kimsə bizi susdura bilməz İldırım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ