Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İlham Əliyevin səfəri münasibətlərə yeni müsbət dinamika əlavə edəcək"

Tarix: 22 May 2023 16:33

Prezident İlham Əliyevin səfəri Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə mətbuata bəyanatında bildirib.

Bir il əvvəl Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadiyyat və təhsil sahələrində əlaqələrimizin gücləndirilməsi barədə əhəmiyyətli müzakirələrin aparıldığını vurğulayan Litva Prezidenti deyib: "Bu gün cənab Prezident Əliyev ilə mən ikinci Litva-Azərbaycan biznes forumunun açılışını edəcəyik. Əminəm ki, bu platformada iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Eyni zamanda, bu gün ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir".

Milli.Az


Etiketlər:  İlham Əliyevin səfəri münasibətlərə yeni müsbət dinamika əlavə edəcək


RƏYLƏR