Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Molla rejimini təbliğ edən daha 1 nəfər həbs edildi - Casus şəbəkəsi

Molla rejimini təbliğ edən daha 1 nəfər həbs edildi - Casus şəbəkəsi

Tarix: 22 May 2023 18:36

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Beyləqan sakini Xanlar Əlizadə saxlanılıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.

Milli.Az


Etiketlər:  Molla rejimini təbliğ edən daha 1 nəfər həbs edildi Casus şəbəkəsi


RƏYLƏR