Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Dağlının azadlığa çıxması ilə bağlı xəbərlərə oğlundan reaksiya - FOTO

Rəşad Dağlının azadlığa çıxması ilə bağlı xəbərlərə  oğlundan reaksiya - FOTO

Tarix: 22 May 2023 20:05

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı diqqət çəkən paylaşım edib. 

Sonxeber.net news24.az-a istinadla xəbər verir ki, o, valideyni ilə arxiv fotosunu paylaşaraq, azadlığa çıxması xəbərlərini yalanlayıb. 

"Yalan şaiələrə inanmayın. Atamı buraxmayıblar. Buna səbəb olanlara Allah min dəfə lənət eləsin", -  deyə söz xiridarının oğlu Yusif yazıb. 

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.  


Etiketlər:  Rəşad Dağlının azadlığa çıxması ilə bağlı xəbərlərə oğlundan reaksiya FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ