Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” uduzdu, 3 oyun heç-heçə bitdi

“Qarabağ” uduzdu, 3 oyun heç-heçə bitdi

Tarix: 22 May 2023 20:10

Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub.

Milli.Az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

"Turan Tovuz" "Səbail"i, "Şamaxı" "Qəbələ"ni, "Sabah" "Zirə"ni, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edib. Masazır və Şamaxıdakı oyunlarda hesab açılmayıb. Dörd qolun qeydə alındığı Tovuzdakı matçda da qalib müəyyənləşməyib. Çempionluğu təmin etmiş "Qarabağ" isə "Sumqayıt"la oyundan məğlubiyyətlə ayrılıb.

Xatırladaq ki, ilk oyun günündə "Kəpəz" "Neftçi"yə 1:3 hesabıyla uduzub.

Misli Premyer Liqası
XXXV tur
22 may

"Turan Tovuz" - "Səbail" 2:2
Qol: Şəhriyar Əliyev, 2. Ayxan Hüseynov, 49 - Franko Mazurek, 73. Qoba Zakpa, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu, 16:30

"Şamaxı" - "Qəbələ" 0:0

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
Şamaxı şəhər stadionu, 16:30

"Sabah" - "Zirə" 0:0

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
"Bank Respublika Arena", 16:30

"Qarabağ" - "Sumqayıt" 1:2

Qol: Riçard Almeyda, 88 - Vüsal İsgəndərli, 33-pen. Səbuhi Abdullazadə, 39.
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev
"Azersun Arena", 16:30

Milli.Az


Etiketlər:  Qarabağ uduzdu 3 oyun heç heçə bitdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ