Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayrıldıqları deyilirdi, öpüşərkən görüntüləndilər - FOTO

Ayrıldıqları deyilirdi, öpüşərkən görüntüləndilər - FOTO

Tarix: 23 May 2023 00:15

Cennifer Lopez və Ben Afflek Beverli Hills küçələrində öpüşərkən görüntüləniblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, cütlük şənbə günü ailəvi alış-veriş zamanı paparassilərin obyektivinə tuş gəlib. Lopez nazik zolaqlı pambıq sarafanda, Afflek isə sadə köynək, cins şalvar və idman ayaqqabısında ictimaiyyət qarşısına çıxıb. Onları aktrisanın üçüncü əri Mark Entonidən olan uşaqları 15 yaşlı əkizlər Maks və Emmi müşayiət edib.

Lopez və Afflek alış-veriş arasında öpüşməyə də macal tapıblar. Beləcə onlar evlilik problemləri ilə bağlı şayiələrə özünəməxsus şəkildə cavab veriblər.

Qeyd edək ki, Afflek və Lopez 2022-ci ilin iyulunda evləniblər.


Etiketlər:  Ayrıldıqları deyilirdi öpüşərkən görüntüləndilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ