Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanvar-aprel aylarında Ukrayna vətəndaşlarının Türkiyədə satın aldığı əmlak sayı azalıb

Yanvar-aprel aylarında Ukrayna vətəndaşlarının Türkiyədə satın aldığı əmlak sayı azalıb

Tarix: 24 May 2023 10:10

2023-ci ilin yanvar-aprel aylarında Ukrayna vətəndaşları Türkiyədə 595 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1 min 979 obyekt azdır.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında Ukrayna vətəndaşları Türkiyədə 136 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 127 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyədə 85 min 652 mənzil satın alınıb ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 35,6 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyədə 368 min 867 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 2 min 557 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,3 faiz azdır.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 13 min 483 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.

Milli.Az


Etiketlər:  Yanvar aprel aylarında Ukrayna vətəndaşlarının Türkiyədə satın aldığı əmlak sayı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ