Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2023 10:33
Qax Mədəniyyət Mərkəzində İsmayıl Dağıstanlı adına Xalq Teatrının Əhməd Orucoğlunun "Qayınana əməliyyatı" komediyası əsasında səhnələşdirdiyi eyniadlı tamaşaya ictimai baxış olub.
Sonxeber.net xəbər verir ki, bu barədə bizim.media-ya Mədəniyyət Mərkəzindən məlumat verilib.
Qeyd olunur ki, teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşanın rejissoru Şəmsəddin Quliyev, musiqi tərtibatçısı Coşqun Nəzirli, səhnə tərtibatçısı Elvin Əzimovdur.
Tamaşada rolları həvəskar aktyorlar İbrahim Paşayev, Aydan Əhmədli, Şəmsəddin Quliyev, Vüsalə Mustafayeva, Ceyran Rəcəbova, Nəvai Əliyev və Yusif Qurbanov ifa ediblər.
Teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk tamaşa uğurlu keçib və tamaşacılar tərəfindən maraqla qarşılanıb.