Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2023 11:10
Ukraynanın dövlət kimi məhv olması qaçılmazdır, lakin bu da müxtəlif ssenarilər üzrə baş verə bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
"Mən bu yaxınlarda yazmışdım ki, Ukrayna niyə yox olacaq. İndi Ukraynanın necə yox olacağını, eləcə də Avropada və dünyada münaqişənin yenidən alovlanması riskinin nədən ibarət olduğunu söyləməyin vaxtıdır. Bu, müharibədə məğlub olmuş dövlətin parçalanmasının hansı yolla gedəcəyindən asılıdır", - deyə o bildirib.
Medvedyev Ukraynanın məhvinin iki yolunu açıqlayıb:
"Ya dövlət suverenliyinin qalan elementlərinin tədricən itirilməsi ilə Ukrayna dövlətçiliyinin nisbətən ləng eroziyası... Ya da bütün dövlətçilik əlamətlərinin eyni vaxtda məhv edilməsi ilə onun ani dağılması".