Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 12:24
1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
"Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi Azərbaycanı dünyanın enerji ictimaiyyətinə tanıdan ilk tədbir oldu", - deyən dövlətimizin başçısı davamlı dəstəyə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.