Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2023 11:42
Rayonlara gedən sürücülər adətən avtomobilini yol kənarında saxlayaraq meyvə və yerli məhsul alırlar.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Muğanlı-İsmayıllı yolunun kənarındakı satıcılar deyirlər ki, məhsul bol, qiymətlər də şəhər və bazarla müqayisədə münasibdir.
"Amma meyvələr başqa rayonlardan gətirilir."
Ucarda isə magistral yolun kənarında satılan meyvələr həm sakinlərin öz bağından dərilir, həm də başqa rayonlardan gətirilir.
"Burada qiymətlər daha aşağıdır."
Bu məhsulların alıcıları isə daha çox rayonlardan qayıdan paytaxt sakinləridir. Hətta aralarında xarici turistlər də var.
Satıcılar deyirlər ki, ötən ilə nisbətən bu il alıcılar daha çoxdur.
Gün ərzində isə 30-150 manat aralığında qazanc əldə etmək mümkündür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: