Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kərim yemək yeyə bilmir” - Ağamirzə

“Kərim yemək yeyə bilmir” - Ağamirzə

Tarix: 6 Iyun 2023 23:20

"Kərimi nə itirən var, nə axtaran. Dost deyilənlər də yalan imiş. Bircə jurnalistlər halını xəbər alır. Sağ olun ki, unutmursuz, axtarırsınız".

Milli.Az bildirir ki, bu sözləri lent.az-a onun dostu, meyxanaçı Ağamirzə səsləndirib.

"Yay gəlib. Daim yataqda olan adamın halı necə olar? Allah ona kömək olsun. İştahı zəifləyib. Bəlkə də istidəndir. Çarəsiz dərddir, sağalmağa ümid yoxdur. Ətrafdakıları da tanımır. Hərdən deyirəm, şüuru qarışmasaydı, bu zülmə dözməzdi. Öz çəkdiyi əziyyətlərdən xəbəri yoxdur"

Xatırladaq ki, meyxanaçı Kərim iki dəfə insult keçirib. İlk dəfə 2017-ci ildə beyninə qan sızan Kərim, 2021-ci ildə keçirdiyi ikinci insultla yataq xəstəsinə çevrilib, danışıq və hərəkət qabiliyyətini itirib.

O eyni zamanda yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir.

Milli.Az


Etiketlər:  Kərim yemək yeyə bilmir Ağamirzə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ