Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kainatdakı ilk qalaktikalardan birində üzvi maddələr kəşf edildi

Kainatdakı ilk qalaktikalardan birində üzvi maddələr kəşf edildi

Tarix: 7 Iyun 2023 01:42

Ceyms Uebb orbital teleskopu Yerdən 12 milyard işıq ili uzaqlıqdakı kainatın ilk qalaktikalarından birində çoxlu aromatik karbohidrogen molekulları aşkar edib. Texasın A&M Universitetindən bazar ertəsi bildirilib ki, bu, alimlərə ilk dəfə böyük partlayışdan 1,5 milyard il sonra üzvi maddələrin necə yarandığını öyrənməyə imkan verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, astronomlar mürəkkəb üzvi birləşmələrin kainatın ən qədim qalaktikalarında belə mövcud olduğunu aşkarlayıblar. Alimlər Saat bürcündə və Yerdən təxminən 12 milyard işıq ili uzaqlıqda yerləşən SPT0418-47 qalaktikasını müşahidə zamanı Ceyms Uebb teleskopu tərəfindən toplanan məlumatları öyrənərkən bu kəşfi ediblər.

Qeyd edək ki, son vaxtlara qədər astronomlar üzvi birləşmələrin qalaktikada və bütövlükdə kainatda olduqca nadir olduğunu güman edirdilər.


Etiketlər:  Kainatdakı qalaktikalardan birində üzvi maddələr kəşf edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ