Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vatsapda daha bir yenilik

Vatsapda daha bir yenilik

Tarix: 9 Iyun 2023 00:00

Vatsap messencer daxilində kanallar funksiyasını təqdim edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, kanallar söhbətlər bölməsində yerləşəcək və müvafiq nişanla seçiləcək. Kanal adminləri mesajlar, fotolar, videolar, stikerlər və sorğular göndərə biləcəklər. Abunəçilərin yalnız məzmuna baxa biləcəklər.

Messencer dövlət qurumlarının xəbərləri, idman, hobbi və digər mövzularla bağlı məzmunlu kanallar kataloqu yaradıb. Onları təkcə kataloq vasitəsilə deyil, həm də birbaşa keçid və ya dəvətlə tapa bilərsiniz.

Məxfilik üçün isə müəyyən vaxtdan sonra kanal nəşrlərini avtomatik silmək funksiyası da var.

Kanallar hazırda Kolumbiya və Sinqapurda seçilmiş təşkilatlar və media orqanları üçün əlçatandır və yaxın aylarda bütün regionlara yayılacaq.

İstənilən istifadəçi messencerdə kanal yaratmaq funskiyasından da yararlana biləcək.

Milli.Az


Etiketlər:  Vatsapda daha bir yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ