Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şok: Rusiya Ukraynada daha bir bəndi vurdu

Şok: Rusiya Ukraynada daha bir bəndi vurdu

Tarix: 11 Iyun 2023 23:10

Rusiya Kaxovka su elektrik stansiyasında törədilən terror aktından sonra dayanmır və bəndləri dağıtmağa davam edir. İndi düşmən Zaporojye vilayətində bəndi uçurub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın Tavriya Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mərkəzinin spikeri Valeri Şerşen deyib.

"Ruslar Donetsk vilayəti ilə sərhəddə, Zaporojye vilayətinin Poloqovski rayonunun Novodarovka kəndi yaxınlığında bəndi partladıblar. Aydındır ki, düşmən Ukrayna qoşunlarının hücumunu dayandırmaq üçün hər şeyi etməyə çalışır. Su bəndinin dağıdılması daşqınlara səbəb olub. Bu, Mokrıye Yalı çayının hər iki sahilinin daşmasına səbəb olub", - o bildirib.

Şerşen bunun Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hərəkətlərinin gedişatına heç bir şəkildə təsir etməyəcəyini vurğulayıb.


Etiketlər:  Şok Rusiya Ukraynada daha bəndi vurdu


RƏYLƏR