Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı bulvarında skuterlərin hərəkəti üçün yerlər ayrıldı: sürət həddi müəyyən olundu

Bakı bulvarında skuterlərin hərəkəti üçün yerlər ayrıldı: sürət həddi müəyyən olundu

Tarix: 12 Iyun 2023 13:06

Bakı bulvarı ərazisində skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi açıqlama yayıb.

Qeyd olunub ki, Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Milli Park ərazisində skuterlərin hərəkətinə 01.06.2023-cü il tarixindən məhdudiyyət qoyulub. Məhdudiyyət tətbiq olunduğu gündən skuter istifadəçilərinin yenidən Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi məsələsinə baxılması ilə bağlı İdarəyə çoxsaylı müraciətləri daxil olub. Hər iki tərəfin asudə vaxtını Bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədi ilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.

Yeni qaydalara əsasən, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.

Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək.

Dənizkənarı Bulvar İdarəsi bundan sonra da vətəndaşların Milli Park ərazisində rahat, təhlükəsiz istirahət etməsi üçün səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirləri yerinə yetirəcək.


Etiketlər:  Bakı bulvarında skuterlərin hərəkəti üçün yerlər ayrıldı sürət həddi müəyyən olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ