Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan: Türkiyə şirkətlərinin Azərbaycanda infrastruktur işlərini uğurla həyata keçirmələri bizi məmnun edir

Ərdoğan: Türkiyə şirkətlərinin Azərbaycanda infrastruktur işlərini uğurla həyata keçirmələri bizi məmnun edir

Tarix: 13 Iyun 2023 15:54

Özəl sektoru təmsil edən firmalarımız kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə fəaliyyəti uğurla davam etdirirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

"Bununla yanaşı, Türkiyənin podratçı şirkətləri Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində işləri uğurla həyata keçirirlər. Bu, bizi ayrıca məmnun edir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Milli.Az


Etiketlər:  Ərdoğan Türkiyə şirkətlərinin Azərbaycanda infrastruktur işlərini uğurla həyata keçirmələri bizi məmnun edir


RƏYLƏR