Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 18:06
Tarixi ərazilərimizdən izlərini silməyi dövlət siyasətinə çevirmiş Ermənistanın anti-Azərbaycan addımları hər zamankı kimi davam edir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Qərbi Azərbaycanın, tədqiqatçıların şəhərin nüvəsi adlandırdığı İrəvan şəhərinin Təpəbaşı məhəlləsindən gedir.
Millət vəkili Əhliman Əmiraslanov Milli Məsclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi" mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı bildirib ki, bu məhəllə indi məhv olmaq təhlükəsi ilə üz üzədir.
Dinləmə çərçivəsində Qərbi Azərbaycan ərazisinə qayıdış məsələləri ilə yanaşı, həmin ərazilərdə tarixi mədəni irsimizi əhatə edən digər mövzularda diqqətə çatdırılıb.
Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində qələbəmiz Azərbaycan qarşısında yeni perspektivlər açıb. Bu zəfər Qərbi Azərbaycana qayıdışın təməlini qoyub. Bizim öz torpaqlarımıza qayıtmağa haqqımız var və öz irsimizə sahib çxımalıyıq.
Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən UNESCO və BMT-yə müvafiq müraciətlər də ünvanlayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: