Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəhşətli statistika: Hər saatda təxminən 16 mikroplastik hissəcikləri uduruq

Dəhşətli statistika: Hər saatda təxminən 16 mikroplastik hissəcikləri uduruq

Tarix: 14 Iyun 2023 08:15

Beynəlxalq fiziklər qrupu ilk dəfə olaraq insanın yuxarı tənəffüs yolları ilə mikroplastik hissəciklərin hərəkətini tədqiq edib və müəyyən edib ki, hər saat insanların tənəffüs orqanlarında orta hesabla 16-ya yaxın mikroplastik hissəciklər çökür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Amerika Fizika İnstitutunun mətbuat xidməti çərşənbə axşamı bildirib ki, bu, Yer kürəsində plastik çirklənmə ilə mübarizənin zəruriliyini daha da vurğulayır.

"Alimlər müxtəlif ölçülü və formalı mikroplastik hissəciklərin insanın tənəffüs yollarına daxil olmasını hesablayıblar. Hesablamalar göstərib ki, bu hissəciklərin əhəmiyyətli hissəsi tənəffüs sisteminin müəyyən hissələrində, o cümlədən burun boşluqlarında və boğazda "məskunlaşır", - məlumatda deyilir.

Qeyd olunur ki, son onilliklər ərzində elm adamları nəinki çaylarda və göllərdə, həm də nəhəng "zibil adalarının" yarandığı okeanların bir çox ucqar bölgələrində külli miqdarda plastik qalıqlar və mikroplastiklər aşkar ediblər.

Milli.Az


Etiketlər:  Dəhşətli statistika Hər saatda təxminən 16 mikroplastik hissəcikləri uduruq


RƏYLƏR