Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobili tapıldı, özü isə tapılmadı... - Polis bu şəxsi AXTARIR... - VİDEO

Avtomobili tapıldı, özü isə tapılmadı... - Polis bu şəxsi AXTARIR... - VİDEO

Tarix: 14 Iyun 2023 11:48

24 gündür itkin olan şəxsin maşını tapılsa da özündən xəbər yoxdur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Şabran rayonunun Qələgah kənd sakini 65 yaşlı Ənvər Müslümov mayın 20-də gecə saat 4-də yaşadığı evdən  avtomobili ilə çıxaraq işi olduğunu deyib.

"Üzərindən 15 dəqiqə keçdikdən sonra onun telefonuna zəng çatmayıb."

Bundan narahat olan ailə üzvləri axtarışlarına başlayıblar.

İtən kişinin oğlu Sülhər Müslümov bildirir ki, atasının psixi xəstəliyi olmayıb. O kənddə əkinçilik və heyvandarlıqla məşğul olub. Heç kimlə də ədavəti yoxdur.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib.

Polis axtarışlara başlayıb.

Onun avtomobili tapılandan sonra heçbir şübhəli məqam da üzə çıxmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Avtomobili tapıldı özü isə tapılmadı Polis bu şəxsi AXTARIR VİDEO


RƏYLƏR