Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanın Baş naziri: Çox şadam və məmnunam ki, Azərbaycan bu cür inkişaf edir

Pakistanın Baş naziri: Çox şadam və məmnunam ki, Azərbaycan bu cür inkişaf edir

Tarix: 15 Iyun 2023 14:42

Bakıya gələndə yolboyu gördüklərimin çox dərin təəssürat altındayam. Sizin gərgin əməyiniz, rəhbərliyiniz və baxışınız sayəsində Azərbaycanda böyük işlər görülüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Pakistanın şəhər planlaşdırılması, yaşıllaşdırma sahələrində Azərbaycanın təcrübəsinə ehtiyac duyduğunu qeyd edən Baş nazir bildirib: "Şəhəriniz son dərəcə təmizdir. Tullantıların emalı məsələsi, yəni, bu sahədə təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edir".

Milli.Az


Etiketlər:  Pakistanın Baş naziri Çox şadam məmnunam ki Azərbaycan bu cür inkişaf edir


RƏYLƏR