Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Toyota Prius”dan 5 kiloqramdan artıq narkotik aşkarlandı

“Toyota Prius”dan 5 kiloqramdan artıq narkotik aşkarlandı

Tarix: 16 Iyun 2023 10:12

"Toyota Prius"dan 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Amil Maliyev və Bakı şəhər sakinləri Nəriman Əzimov və Elçin Ağayev sonuncunun idarə etdiyi "Toyota Prius" markalı avtomobildə saxlanılıblar.

Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı A.Maliyev, N.Əzimov və E.Ağayevin həmin narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 50 nəfər saxlanılıb.

Milli.Az


Etiketlər:  Toyota Priusdan 5 kiloqramdan artıq narkotik aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ