Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polislə insident yaşayan iş adamı ilə bağlı məhkəmə QƏRAR VERDİ

Polislə insident yaşayan iş adamı ilə bağlı məhkəmə QƏRAR VERDİ

Tarix: 17 Iyun 2023 12:16

"Cinema Plus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə bir müddət əvvəl polislə insident yaşamışdı.

Milli.Az xəbər verir ki, məhkəmənin qərarıilə bağlı iş adamı özünün sosial şəbəkə hesabında məlumat yayıb:

"Yəqin ki, mətbuatda mənimlə polis arasında insident olduğu məzmunlu xəbərlərlə rastlaşmısınız. Bu barədə çox soruşanlar olsa da heç kimə hər hansı bir açıqlama verməmişdim. Öncəliklə qeyd edim ki, mən heç bir qanun pozuntusuna yol verməmiş, həmin gün üçün xüsusi icazə tələb edilən əraziyə keçməyi nəzərdə tutan müvafiq buraxılış vərəqəm (icazəm) var idi. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər məhkəməsi və Sumqayıt Apellyasiya məhkəməsi xeyrimə qərar çıxardı və qanun pozuntusuna yol vermədiyim sübut edildiyi üçün inzibati xəta üzrə icraata xitam verildi.

Bu minvalla ədalətli qərar üçün Sumqayıt şəhər və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinə, xüsusilə vəkilim İsrafil Əliliyə dərin təşəkkürümü bildirirəm. Kiçik bir anlaşılmazlıq oldu və bu məsələdə bəzi şəxslər təəssüf ki, həqiqətə uyğun olmayan məlumatlar yaydırmaqla bərabər məni də təxribata çəkmək istədilər. Lakin istədiklərinə nail olmadılar. Çünki mən dövlətimizi çox sevir və məsuliyyətli bir vətəndaş olaraq qanunlarımıza hörmətlə yanaşıram.

Hər bir Azərbaycan vətəndaşı kimi, mən də hüquq-mühafizə orqanlarımızla və bununla yanaşı polis əməkdaşlarımız ilə qürur duyuram. Məhz onların əvəzsiz və fədakar fəaliyyətinə görə sabit və təhlükəsiz ölkədə yaşayırıq".

Milli.Az


Etiketlər:  Polislə insident yaşayan adamı ilə bağlı məhkəmə QƏRAR VERDİ


RƏYLƏR