Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2023 13:44
Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçi Elşən Rüstəmovun səhhəti yaxşılaşır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.
"Artıq özünü yaxşsı hiss etdiyini deyən Elşən Rüstəmov hadisə anını isə belə xatırlayır."
Hərbi qulluqçumuz qeyd edib ki, ərazidəki rus sülhməramlıları da baş verən hadisə zamanı hadisəni öz gözləri ilə gördülər. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edən qəhrəman əsgərimiz doğmalarına, əzizlərinə salam da göndərib:
Bu gün Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına uyğun olaraq DSX rəis müavini, general-leytenant Cavid Abdullayev də yaralı hərbi qulluqçumuzu ziyarət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: