Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir öpüşdən ötrü… - “Mən onun üçün dəli olmuşdum“

Bir öpüşdən ötrü… - “Mən onun üçün dəli olmuşdum“

Tarix: 19 Iyun 2023 00:46

Milli.Az Sportinfo.az-a istinadən xəbər verir ki, müğənni Şakira Jerar Pike ilə münasibətlərinin ən romantik anı haqda danışıb.

Şakira Mərakeşdən Xorvatiyaya uçan təyyarəni Barselonaya endirib ki, Pikeni öpə bilsin:

"Mən onun üçün dəli olmuşdum. Mərakeşdən Xorvatiyaya uçduğumu xatırlayıram.

Biz Barselona üzərində uçurduq və mən təyyarənin pilotundan xahiş etdim ki, şəhərə eniş etsin, mən Jerarla öpüşüm. Bu, indiyə qədər etdiyim ən romantik şeydir".

Şakira və Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Futbolçunun müğənnini aldatdığı bildirilir. Cütlüyün iki oğlu var.

Milli.Az


Etiketlər:  Bir öpüşdən ötrü Mən onun üçün dəli olmuşdum


RƏYLƏR