Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2023 18:40
Bakının taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planları müzakirə edilib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün tviter hesabında məlumat verib.
Bildirilib ki, Rəşad Nəbiyev "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib.
Görüşdə ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi aparılıb.