Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2023 07:54
ABŞ prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı "qəribə şəkildə" amerikalılara "2020-ci ilə qədər" ölkənin torpaq və su ehtiyatlarının 30 faizini xilas edəcəklərini vəd edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
"Bəlkə də ən əsası, mən söz verirəm ki, 2020-ci ilə qədər biz ABŞ-ın yurisdiksiyasında olan bütün torpaq və su resurslarının 30 faizini xilas edəcəyik", - siyasətçi Palo Alto qoruğunda toplaşanlara vəd verib.
Jurnalistlərin qeyd etdiyi kimi, Ağ Evin 2023-cü ilin mart bülletenində administrasiyanın 2030-cu ilə qədər torpaq və su ehtiyatlarının 30 faizinə qənaət etmək planları barədə məlumat verilib. Bunun üçün ekoloji təşəbbüslərə bir milyard dollardan çox sərmayə qoyulması planlaşdırılır.
Aprel ayında siyasətçi çıxışı zamanı səhv danışaraq İraq və İranı qarışdırıb. Böyük oğlu Bo Baydenin hərbi xidmətindən danışan prezident İraqda və İranda olduğunu desə də, daha sonra yanıldığını əlavə edib.
Bu, Baydenin bu qəbildən olan ilk hadisəsi deyi. Amerika lideri çıxışları zamanı dəfələrlə qeyri-dəqiq, yanlış ifadələr işlədib.
Bundan əvvəl Amerikanın "Fox News" kanalının keçmiş aparıcısı Taker Karlson Co Baydenin səhhətinin pisləşdiyini açıqlayıb. Jurnalist hesab edib ki, siyasətçi nitq qabiliyyətini itirir. Onun fikrincə, Baydenin çıxışları zamanı çoxsaylı səhvlər buna sübutdur.