Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeniyetmə cüdoçular Avropa çempionatına yola düşdülər - FOTO

Yeniyetmə cüdoçular Avropa çempionatına yola düşdülər - FOTO

Tarix: 21 Iyun 2023 13:34

Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 22-25 iyun tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb. Azərbaycan Portuqaliyanın Odivelas şəhərində keçiriləcək yarışda 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF-in prezidentin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 

Xatırladaq ki, yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 6 beynəlxalq yarışda iştirak edib. Həmçinin, cari il ərzində Polşada, Türkiyədə, Çexiyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılar 22-24 iyun tarixlərində çempionatın fərdi yarışlarında, 25 iyunda isə komanda yarışlarında iştirak edəcək. Xanəhməd Şərifov, Əli Qazıməmmədov və Eldar Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qızlar

-40 kq. 
Nigar Məmişova 

-44 kq. 
Aytac Yolçuzadə 

-48 kq. 
Vüsalə Hacıyeva 

-52 kq. 
Xədicə Qədəşova 
Aytən Verdiyeva 

-57 kq. 
Fidan Qasımova 

-63 kq. 
Kamilla Toholiyeva

Oğlanlar

-50 kq. 
Məhəmməd Məmişov 
Əhməd Rüstəmov

-55 kq. 
Mirxaliq İskəndərov 
Fərid Qarayev 

-60 kq. 
Məhəmməd Musayev 

-66 kq. 
Əbil Yusubov 
Mehdi Cəfərov 

-73 kq. 
Süleyman Şükürov 

-81 kq. 
Aslan Kotsoyev 

+90 kq. 
Ramazan Əhmədov 

İdmançılarımıza uğurlar arzu edirik!


Etiketlər:  Yeniyetmə cüdoçular Avropa çempionatına yola düşdülər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ