Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan neftinin qiyməti may ayından ilk dəfə 80 dolları ötüb

Azərbaycan neftinin qiyməti may ayından ilk dəfə 80 dolları ötüb

Tarix: 22 Iyun 2023 10:16

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti bu ilin may ayının 24-dən (1 barel üçün 80,46 dollar) ilk dəfə olaraq 80 dolları ötüb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,03 ABŞ dolları və ya 2,59% artaraq, 80,28 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.

Milli.Az


Etiketlər:  Azərbaycan neftinin qiyməti may ayından ilk dəfə 80 dolları ötüb


RƏYLƏR