Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü Ermənistanın olması bizə vacibdir - İran səfiri

Güclü Ermənistanın olması bizə vacibdir - İran səfiri

Tarix: 23 Iyun 2023 07:56

Bütün ermənilərin katolikosu II Qaregin İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, tərəflər İran və Ermənistan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Səfir iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

Regiondakı vəziyyətə toxunan səfir münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

"İran üçün Ermənistanın simasında güclü və iqtisadi cəhətdən inkişaf etmiş qonşunun olması çox vacibdir", - diplomat bildirib.

Görüş zamanı katolikos Ermənistanı dəstəklədiyinə görə İrana minnətdarlığını bildirib.

Milli.Az


Etiketlər:  Güclü Ermənistanın olması bizə vacibdir İran səfiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ