Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2023 12:20
"Yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının sədaqəti böhranın necə nəticələnəcəyinə əsas verəcək".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, iyunun 24-ü səhər saatlarında Yevgeni Priqojinin "Vaqner" Qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında qarşıdurma açıq hərbi qarşıdurma mərhələsinə keçib.
"Priqojin tərəfindən "azadlıq yürüşü" kimi xarakterizə edilən əməliyyatda "Vaqner" Qrupunun qüvvələri ən azı iki istiqamətdən işğal olunmuş Ukrayna ərazisindən Rusiyaya keçib.
Rostov-Donda "Vaqner", demək olar ki, əsas təhlükəsizlik obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını idarə edən qərargahı ələ keçirib.
Britaniyanın Kəşfiyyat Xidməti bildirib ki, hazırda daha çox "Vaqner" bölmələri Voronej vilayətindən şimala doğru irəliləyir və hədəf Moskvaya girməkdir. "Vaqner"lə Rusiya təhlükəsizlik qüvvələri arasında döyüşə dair çox məhdud sübutlar var, ehtimal ki, Rusiya hərbçiləri "Vaqner"lə razılaşaraq passiv qalıblar", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.
Kəşfiyyat Xidməti bu hadisəni son dövrlərdə Rusiya dövlətinin qarşısında duran ən ciddi problem kimi xarakterizə edib.