Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

50 yaşında ana olacaq - FOTO

50 yaşında ana olacaq - FOTO

Tarix: 25 Iyun 2023 10:20

Almaniyalı supermodel Haydi Klum beşinci hamiləliyi ilə bağlı şayiələrə əsas verib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hazırda o və əri, "Tokio Hotel"in 33 yaşlı gitaraçısı Tom Kaulitz Venesiyada istirahət edirlər.

Yerli paparassilər cütlüyü gəzinti zamanı yaxalayıb. Onlar bir-birlərinə olan hisslərini gizlətməyiblər - küçədə əl-ələ verib, qucaqlaşıb öpüşüblər.

Musiqiçi bir neçə dəfə əlini arvadının qarnına qoyub. Bu, jurnalistlərə cütlüyün uşaq gözlədiklərini güman etməyə əsas verib.

Qeyd edək ki, Klum və Kaulitz 2019-cu ildən evlidirlər.



Etiketlər:  yaşında olacaq FOTO


RƏYLƏR