Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qurban olan yerdə bayram necə ola bilər?” - Nura Suri Qurban bayramından gileyləndi

“Qurban olan yerdə bayram necə ola bilər?” - Nura Suri Qurban bayramından gileyləndi

Tarix: 29 Iyun 2023 10:20

"Bu gün heç kəsi təbrik etməmişəm. Məni tanıyanlar bilir heyvanlara olan münasibətimi. 7-8 ildir ət yemirəm. Qurban olan yerdə bayram necə ola bilər axı? Yaxşılıq etmək üçün günahsız heyvanları qurban etməyə ehtiyac görmürəm. Subyektiv fikrimdir. Əksini yazmasanız da olar".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Sənətçi Qurban bayramından gileylənib:

"Quran-i Kərim"i də oxumuşam: Xırdalamaq istəmirəm. İnsan bütün varlıqlardan üstündür deyə, İbrahim peyğəmbər oğlunun yerinə qoyun kəsir. Hər il qoyunlara genosid edin kimi cümlələr yazılmayıb. İnək surəsində də Musa peyğəmbər inəyi insanlar aclıqdan ölməsin deyə, kəsməyə məcbur qalır. Qısa yazıram, dərinə getmək istəmirəm. Hərənin bir doğrusu, bir seçimi vardır. Sizin seçiminizə hörmətlə yanaşıram. Siz də eynisini edin. Məni təbrik etməyin, xahiş edirəm".

Milli.Az


Etiketlər:  Qurban olan yerdə bayram necə ola bilər Nura Suri Qurban bayramından gileyləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ