Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər bu dəfə ''Atatürk'' serialını hədəf aldılar

Ermənilər bu dəfə ''Atatürk'' serialını hədəf aldılar

Tarix: 1 Iyul 2023 23:02

Ermənilər bu dəfə "Atatürk" serialını hədəf alıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xəbər verir ki, ABŞ-də yerləşən Amerika Milli Erməni Komitəsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən ekran işinin yayımlanmasına etiraz edərək, onu təhqir edən bəyanat yayıblar.

Komitə sosial media hesabında Atatürkün ünvanına "diktator" və "soyqırımı qatili" ifadələrini işlədib. Qurum "Disney +"dan serialın yayımının dayandırılmasını tələb edib.

Hələlik yayım şirkəti məsələyə reaksiya verməyib.

Qeyd edək ki, serial oktyabrın 29-da yayımlanacaq. Layihədə baş rolu aktyor Aras Bulut İynəmli canlandıracaq. 6 bölümdən ibarət ekran işində Songül Ödən, Mehmet Günsür, Bərk Cankat, Bertan Asllani, Sahra Saş və məşhur ingilis aktrisa Emma Uatson rol alır. 

Milli.Az


Etiketlər:  Ermənilər dəfə Atatürk serialını hədəf aldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ