Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 14:00
Bakı. Kəmalə Məmmədli - Trend:
2020-ci ildə Azərbaycanda tam üzən məzənnə rejiminə keçid ehtimalı azdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O bildirib ki, bu rejimə keçid 2020-ci ildə planlaşdırılırdı, amma hazırda bu ehtimal azdır.
Onun sözlərinə görə, tam üzən məzənnə rejiminə keçid inflyasiyanın hədəflənməsinə keçiddən asılıdır.
E.Rüstəmov əlavə edib ki, bu gün neft ixrac edən 30 ölkədən 27-i sabit məzənnə rejimindədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin