Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arvadını başqası ilə tutub, qolf çubuğu ilə döydü

Arvadını başqası ilə tutub, qolf çubuğu ilə döydü

Tarix: 5 Iyul 2023 22:36

Arvadını başqa kişi ilə tutan kişi dəliyə döndü, qolf çubuğu ilə hücum etdi.

Arvadindan şübhələnən kişi basqın edib və gördüklərindən qəzəblənərək əlinə aldığı qolf çubuğu ilə arvadının yanındakı digər kişini döyüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. 33 yaşlı Con Dimmiq kirayə götürdükləri evin otağında başqa kişi ilə həyat yoldaşına basqın edib. Xəyanətdən qəzəblənən Dimmiq özü ilə gətirdiyi qolf çubuğu ilə həmin şəxsi döyüb. Hadisədən sonra saxlanılan Dimmiq adam öldürməyə cəhd, ölümcül silahla hücum və oğurluqda ittiham olunub.

Kamera görüntülərə baxan polis qadının ərinə sevgilisini bir daha vurmaması üçün yalvardığını və bu zaman qadının ərinə "İndi dayanmalısan. O, çox qan itirir" dediyini görüb.

Milli.Az


Etiketlər:  Arvadını başqası ilə tutub qolf çubuğu ilə döydü


RƏYLƏR