Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlanlar evə niyə girirlər? - FOTO

İlanlar evə niyə girirlər? - FOTO

Tarix: 7 Iyul 2023 02:04

Yayın gəlişi ilə ilanlar təbiətə çıxmağa başlayıb. Yaşayış yerləri daraldığı üçün yemək tapmaqda çətinlik çəkən ilanlar bəzi hallarda həyətlərdə, hətta evlərdə görünməyə başlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Türkiyənin Mersin Baytarlar Palatası Başçısı Bektaş Şenay bununla bağlı həyati vacib tövsiyələr verib.

Onun sözlərinə görə, ilanla qarşılaşanda təşvişə düşməmək, sakit olmaq lazımdır:

"Çox yaxınlaşmayın, toxunmayın və qıcıqlandırmayın. Çünki ilanlar insanlardan qorxurlar. Əgər onu qıcıqlandırsanız, müdafiəyə məcbur olacaq və hücum edəcək".

Ekspert kənd yerlərində evlərin ətrafını mümkün qədər təmiz saxlamağı, həyətdən kolları, otları, yarpaqları təmizləməyi məsləhət görüb:

"İlanlar nəzərə çarpmamaq üçün adətən belə yerlərdə hərəkət edir, qapalı və gizli yerlərlə sürünməyə üstünlük verirlər", - deyə B. Şenay əlavə edib.
Mütəxəssis bildirib ki, həyətdə heyvanları cəzb edəcək qidalar saxlanılmamalıdır.

"Əgər ilanlar şəhər mühitinə yaxın yerlərdə yaşayırsa, o zaman qidalanmaq üçün evlərə də girə bilərlər. Pendir və süd kimi qoxular onları cəzb edir", - deyə o, əlavə edib.

B. Şenay ilanların kükürddən qaçdığını deyərək, evin ətrafına kükürd tökməyi məsləhət görüb.

Milli.Az


Etiketlər:  İlanlar evə niyə girirlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ