Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saray qəsəbəsindəki qəzada ölən və yaralananların adları bilindi

Saray qəsəbəsindəki qəzada ölən və yaralananların adları bilindi

Tarix: 10 Iyul 2023 09:58

Ötən gün Abşeron rayon Saray qəsəbəsində ağır yol qəzası baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada ölən və yaralananların kimliyi müəyyənləşib.

"Ravon Nexia" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "Mercedes"in sürücüsü, 2001-ci il təvəllüdlü Nicat Cəsarət oğlu Süleymanlı hadisə yerində ölüb.

"Ravon Nexia"nı idarə edən Vüqar Quliyev və onun sərnişini Rəşad Qafarov isə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı  araşdırma aparılır.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Milli.Az


Etiketlər:  Saray qəsəbəsindəki qəzada ölən yaralananların adları bilindi


RƏYLƏR