Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənninin çıxışı Makronu təhqir etdiyinə görə ləğv edildi

Müğənninin çıxışı Makronu təhqir etdiyinə görə ləğv edildi

Tarix: 10 Iyul 2023 22:46

Lillətrafı (Fransanın şimalındakı Nor departamenti) qəsəbələrindən birinin rəhbərliyi Prezident Emmanuel Makrona qarşı zorakılıq çağırışları ilə bağlı istintaq altında olan müğənni İzia İjlenin 14 İyul - Milli Gün münasibətilə çıxışını ləğv edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "La Voix du Nord" qəzeti məlumat yayıb.

Bələdiyyə orqanlarının qərarında qeyd edildiyi kimi, "ifaçının bayram konsertinə qatılması Milli Gün təcəssüm etdirən birlik dəyərlərinə zidd olardı".

Qeyd edək ki, Dənizyanı Alp dağları departamentindəki əvvəlki konserti zamanı İzia İjlen tamaşaçılara Fransa liderinə qarşı fiziki zorakılıq çağırışı olan sözlərlə müraciət edib. Ədliyyə orqanları ifaçının dediklərinə hüquqi qiymət vermək niyyətindədir.

Xatırladaq ki, rəsmi Paris Milli Gün ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür. Bu, iyunun 27-də Əlcəzair əsilli 17 yaşlı sürücünün ölümündən sonra başlayan son iğtişaşlarla bağlıdır. O, Nanter yaxınlığındakı qəsəbədə yol patrulunun tələblərinə tabe olmaqdan imtina etdikdən sonra güllələnib.


Etiketlər:  Müğənninin çıxışı Makronu təhqir etdiyinə görə ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ